EN

DİM-də GRE General Test imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzində GRE General Test imtahanı keçirilib.

AzEdu.az xəbər verir ki, imtahan 16 yanvar 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda təşkil olunub. İmtahanda 2 nəfər iştirak edib.

İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesabları vasitəsilə 8 -10 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti GRE General Test imtahanının 13 fevral 2026-cı il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: //dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/gre

Chosen
14
azedu.az

1Sources