Təlim-məşq toplanışını Bakıda keçirən “Sabah” zədəli futbolçularından xoş xəbər alıb.
Klubun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, bir müdətdi komandadan ayrı düşən Zinəddin Uld Xaled və Coy-Lans Mikkels məşqlərə başlayıb.
Bundan başqa, ötən ilin noyabrında əməliyyat olunan Pavol Şafrankonun geri qayıdacağı tarix bəlli olub. Slovakiyalı futbolçu martda kollektivlə məşqlərə qoşulacaq.