EN

“Çoxmənzilli binanı istər yeni bina, istərsə də, köhnə bina olsun sakinlər elə özləri də idarə etməlidir”

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lift binanın ümumi istifadəsində olan sahədir. Mənzil Məcəlləsinə əsasən, lift bütün sakinlərin ortaq mülkiyyətidir. Ümumiyyətlə, sakinlərin lift pulunu ödəməməsi səbəbi ilə günlərlə liftin dayandırılması nə dərəcədə doğrudur? Lift idarəsi isə hansısa detalın dəyişilməsi üçün sakinlərin borclarını yığıb ödəmələrini gözləyir.Sakinlərin lift xidmətinə görə borcuna əsasən liftin fəaliyyətinin dayandırılması qanunidirmi?Sakinlər bu cür hallarda hansı hüquqi addımları ata bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına vəkil Əkrəm Həsənov bildirib ki, böyük ehtimalla binada qanuni idarəetmə qurumu yoxdur və kimsə ona ödəniş etmir.

Əkrəm Həsənov

“Məsələ ondan ibarətdir ki, çoxmənzilli binanı istər yeni bina, istərsə də, köhnə bina olsun sakinlər elə özləri də idarə etməlidirlər, idarəetmə üsulunu özləri müəyyən etməlidirlər. Yəni ya Mənzil Mülkiyyətçinin Müştərək Cəmiyyətini (MMMC) təsis etməlidirlər, ya da bir idarəçi təşkilatçı təyin etməlidirlər. Həmin təşkilata da sakinlər ödəniş etməlidirlər. Kim ki, liftə ödəniş etmir həmin şəxsə qarşı məhkəmədə iddia da qaldırmaq olar, inzibati xəta işi də açdırmaq olar ki, ödəniş etsin. Bu halda da heç kəs heç kəsə orda gəlib xidmət göstərməli deyil. Lift məsələsi isə təhlükəlidir. Burda diqqətli olmaq lazımdır- qeyd etdiyiniz kimi hansısa detal işləmirsə, binanın sakinləri özləri müəyyən vəsaiti yığıb ödəməlidirlər. Böyük ehtimalla binada qanuni idarəetmə qurumu yoxdur və kimsə ona ödəniş etmir ki, “sizin fəaliyyətiniz qanunsuzdur, ödəniş etmirəm”. O da məhkəməyə verə bilmir. Ümumiyyətlə hazırda Bakıda belə problemlər çoxdur”-deyə vəkil Əkrəm Həsənov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
70
bizimyol.info

1Sources