EN

"Zirə" Ukrayna klubu ilə bacarmadı

Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" komandası növbəti yoxlama oyununu keçirib.

Apasport.az xəbər verir ki, "Zirə" Ukrayna təmsilçisi "Aleksandriya" klubu ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 3:2. "Zirə"nin qollarını 29-cu dəqiqədə Yeqor Boqomolski və 54-cü dəqiqədə Ceyhun Nuriyev vurublar.

Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv bu gün Bakı vaxtı ilə saat 18:00-da Çexiyanın "Bohemians 1905" komandası ilə qarşılaşacaq. 

Qeyd edək ki, paytaxt klubu ilk yoxlama oyununda Rumıniyanın "Çiksereda" klubu ilə bərabərə qalıb - 3:3.

“Neftçi” sonuncu yoxlama oyununa çıxacaq - YENİLƏNİR

I Liqa klubu millinin üzvü ilə yolları ayırıb

“Qarabağ” bu gün iki oyun keçirəcək

"Neftçi"nin futbolçusu millidən çıxarılıb

Günün oyunları bu kanallarda

Chosen
86
2
apasport.az

4Sources