EN

Qeyri yaşayış sahələri üzrə əmlak vergisinin artırılması təklif olunub

ain.az, Reyting.az portalına istinadən məlumat yayır.

Milli Məclisdə qeyri-yaşayış sahələrinə ödənilən əmlak vergisinin artırılması təklif edilib.

Reyting.az xəbər verir ki, bunu Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında deyib.

O qeyd edib ki, bu məsələ şəxslərə ciddi təsir etməsə də, bələdiyyələrin büdcələrinə böyük gəlir gətirəcək:

"Məsələn, Nərimanovda ərazisi 1000 kv/metr olan obyektin sahibinə 25 min manat icarə haqqı ödənilir. Bələdiyyələrə isə ildə bir dəfə cəmi 500 manat ödəniş olunur. Ona görə, qeyri-yaşayış sahələrinə ödənilən əmlak vergisi artırılarsa, bu bələdiyyələrə də əlavə dəstəkdir"(report).

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
63
4
reyting.az

7Sources