Azərbaycanlı stolüstü tennisçi Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.
Apasport.az xəbər verir ki, millinin üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə yanvarın 17-dən 27-dək Çinin Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən "Zhenq Dinq" təlim-məşq bazasında hazırlıq keçəcək.
Bu mərkəz Çinin stolüstü tennis yığmasının əsas bazası hesab olunur.
Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
İslamiadanın mükafatçıları Vətənə qayıdıblar
Stolüstü tennisçilərimiz İslamiadada daha bir mükafat qazanıblar
Azərbaycanın stolüstü tennis millisi İslamiadada yarımfinala yüksəldi - FOTO
İslam Oyunları: Yığmamız Pakistanı darmadağın edib
İslam Oyunları: Millimiz Uqandanı darmadağın edib - FOTO