EN

Nyu Yorkda Pokemon mağazasından 100 min dollarlıq oğurluq edilib

Baku.ws saytına istinadən ain.az xəbər verir.

ABŞ-nin Nyu-York şəhərində silahlı üç naməlum şəxs Manhettendə yerləşən Pokemon mağazasına basqın edərək təxminən 100 min dollar dəyərində kolleksiya məhsulları oğurlayıb.

BAKU.WS xəbər verir ki, Nyu-York Polis Departamentinin (NYPD) və mağazanın təhlükəsizlik kameralarının məlumatına görə, hadisə çərşənbə günü axşam saatlarında Meatpacking bölgəsində, Uest 13-cü küçədə yerləşən "Poké Court" adlı mağazada baş verib. Maskalı şəxslər mağazaya daxil olaraq işçilərə və müştərilərə silah tuşlayıblar.

Görüntülərdə qara geyimli hücumçulardan birinin çəkiclə vitrinləri sındırdığı, bəzi müştərilərin isə qorxu içində əllərini qaldıraraq gözlədiyi əks olunub.

Mağaza sahibi Kortni Çin bildirib ki, hücum edənlər nadir Pokemon kartları və digər ticarət məhsulları daxil olmaqla, ümumilikdə 100 min dollar dəyərində əşyaları ələ keçirərək hadisə yerindən qaçıblar. Oğurlananlar arasında nağd pul və qadın işçilərdən birinin mobil telefonu da var.

Polis hadisə zamanı xəsarət alan olmadığını, lakin şübhəlilərin hələ saxlanılmadığını açıqlayıb.

Qeyd olunur ki, son vaxtlar ABŞ-nin müxtəlif ştatlarında kolleksiya kartlarına yönələn oğurluq hadisələri artıb. Mütəxəssislər nadir kartların qara bazarda yüksək qiymətə satılması səbəbindən bu cür mağazaların cinayətkarların hədəfinə çevrildiyini bildirirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
baku.ws

1Sources