EN

Stolüstü tennisçimiz Çində hazırlıq keçəcək

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Çində keçiriləcək beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.

İdman.Biz xəbər verir ki, seçmə komandamızın üzvü, baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə, yanvarın 17-dən 27-dək Çin Xalq Respublikasının Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən “Zhenq Dinq” təlim-məşq bazasında hazırlıq keçəcək.

Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandalarının əsas bazası hesab olunur.

Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

İdman.Biz
Chosen
98
11
idman.biz

10Sources