EN

İnsanları lotereya oyunlarına cəlb edən qadına HÖKM OXUNDU

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda lotereya oyunları təşkil edərək bir neçə şəxsin pul vəsaitini mənimsəyən 1996-cı il təvəllüdlü Gülay Sadıqzadə cinayət məsuliyyətinə cəlb edilib.

KONKRET.az-ın məlumatına görə, təqsirləndirilən şəxs özünü lotereya oyunlarının təşkilatçısı kimi təqdim edərək bir neçə şəxsə yalan vədlər verib. O, insanları hər ay 500–1000 manat ödəniş etməklə növbəsi çatdıqda 5000–10000 manat məbləğində pul əldə edəcəklərinə inandırıb.

Araşdırmalar zamanı məlum olub ki, Gülay Sadıqzadə zərərçəkənlərə ümumilikdə 25 700 manat maddi ziyan vurub.

Məhkəmənin hökmü ilə qadının azadlığı 3 il müddətinə məhdudlaşdırılıb.

Ağagül Mürsəlov

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
87
1
konkret.az

2Sources