EN

® ABB “Tam Visa” kartını təqdim edib

ABB müştərilərə yeni üstünlüklər qazandıran “Tam Visa” kartını bazara təqdim edib. Məhsulun əsas üstünlükləri rəqəmsal olmasıdır. “Tam Visa” kartını dərhal aktivləşdirib ondan istifadəyə başlamaq olar. Bu isə müştəri üçün sürət və rahatlıq deməkdir.

Bu kart ödənişlərdən 10 faizədək faydalı keşbek qazandırır. Kartla köçürmə və nağdlaşdırma 3 min manatadək komissiyasızdır. “FaydaMax”da “Qızıl”mərhələyə çatdıqda müştəri “2x ƏDV Geri Al”dır.

Üstəlik, kart sahibləri “Tam Visa” ilə apardıqları əməliyyatların dövriyyəsinə görə də müəyyən hədiyyələr əldə edirlər. Onlara dövriyyədən asılı olaraq “Costa Coffee”də, “ParkCinema”da, “Crunch Burger”də müxtəlif imtiyazlar verilir.

Bundan başqa, 2026-cı il 31 mart tarixinə qədər keçiriləcək kampaniya çərçivəsində ölkə ərazisində nağdsız ödəniş sistemi ilə təchiz olunmuş bütün avtobus marşrutlarında ABB-nin yeni “Tam Visa” kartı ilə “Apple Pay”, yaxud “Google Pay” vasitəsilə edilən ödənişlər sərnişinlərə 100 faiz keşbek qazandıracaq. Ödənilən gediş haqqı məbləği 100 faiz keşbek olaraq “ABB mobile”dakı “Faydalı keşbek” balansına köçürülür. Kampaniya yalnız manat valyutalı yeni “Tam Visa” kartı ilə keçərlidir. Hər müştəri kampaniyadan maksimum 10 dəfə yararlana bilər. Kampaniya yalnız “Apple Pay” və “Google Pay” texnologiyalarını dəstəkləyən avtobuslarda keçərlidir.

“Tam Digi Visa” kartının yaratdığı bütün imkanlarla buradan tanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, https://abb-bank.az/  rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Chosen
137
8
azertag.az

9Sources