Şəki, 16 yanvar, Rasim İslamoğlu, AZƏRTAC
Yanvarın 13-də Şəki rayonunun Çayqaraqoyunlu kəndinin ərazisində “Opel” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.
AZƏRTAC-ın bölgə müxbiri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupuna istinadən bildirir ki, müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü, 32 yaşlı Murad Abdurahmanov bu gün günorta saatlarında Şəki Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.