EN

Simonyan Tehrana səsləndi: Niyə Ermənistanla 23 km-lik sərhəd?

Ermənistan heç vaxt dost İran əleyhinə yönəlmiş addımlar atmayıb və belə niyyəti də yoxdur.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan İranın İrəvandakı səfirinin açıqlamalarını şərh edərkən bildirib.

İran səfiri Xəlil Şirqolami daha əvvəl Tehranın Ermənistanın İrana düşmən qüvvələr üçün platformaya çevrildiyi təəssüratında olduğunu bildirmişdi. O, həmçinin İrəvanda İran səfirliyinin binası qarşısında keçirilən etiraz aksiyalarından narazılığını ifadə edib və qeyd edib ki, bu aksiyalar bir neçə gün ərzində təhqiramiz ifadələrlə müşayiət olunub. Bundan əlavə, Şirqolami TRIPP layihəsinin icrası ilə bağlı narahatlığını da dilə gətirib.

Bu açıqlamalara münasibət bildirən Simonyan vurğulayıb ki, TRIPP layihəsi regionun bütün ölkələri, o cümlədən İran üçün əlavə imkanlar yarada bilər. Onun sözlərinə görə, İranda daxili vəziyyət sabitləşdikcə və gərginlik azaldıqca rəsmi Tehran səsləndirilən narahatlıqların əsassız olduğuna əmin olacaq.

Chosen
206
publika.az

1Sources