UEFA Konfrans Liqasının 2025/2026 mövsümünün pley-off mərhələsinin püşkü atılıb.
QOL.az xəbər verir ki, turnirin Liqa mərhələsində 9–24-cü yerləri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanıblar.
Püşkatma ilə isə ply-offun 8 cütü müəyyənləşib. Bu mərhələni adlayan kollektivlər birbaşa 1/8 finala yüksələn klublara rəqib olacaqlar.
Pley-off mərhələsinin ilk matçları 19 fevralda, cavab oyunları isə 26 fevralda keçiriləcək.
Püşkatmanın nəticələri:
"KuPS" – "Lex"
"Jirinski" – "Kristal Pelas"
"Şkendiya" – "Samsunspor"
"Sigma – "Lozanna"
"Noa" – "AZ Alkmaar"
"Yagelloniya" – "Fiorentina"
"Drita"" – "Selye"
"Omoniya" – "Riyeka"
Qeyd edək ki, UEFA Konfrans Liqasının son qalibi "Çelsi"dir.