Bakı.Trend:
15 yanvar 2025-ci il tarixində Avstriyanın Kitzbühel şəhərindəqarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib.
Trend xəbərverir ki, bu barədə DSX məlumat yayıb.
Bildirilib ki, dünyanın nüfuzlu qış idman tədbirlərindən birihesab olunan bu mötəbər turnirdə peşəkar komandalar qalibiyyətuğrunda mübarizəyə başlayıb.
İdman ictimaiyyətinin böyük maraqla izlədiyi yarışda AzərbaycanRespublikası “Land of Fire” komandası ilə təmsil olunur. Komandanıniştirakı ölkəmizin idman potensialının və beynəlxalq arenada artannüfuzunun növbəti göstəricisi kimi dəyərləndirilir.
Kitzbühel şəhərinin qış mövsümünə uyğunlaşdırılmış xüsusi qarörtüklü məşhur polo meydançasında təşkil olunan turnirdəpoloçularımızın ilk qarşılaşması 16 yanvar tarixində “Bentley”komandası ilə keçirilmiş və komandamız arenadan 7-4 hesablı qələbəilə ayrılıb.
Hər il minlərlə yerli və xarici tamaşaçını, xarici medianümayəndələrini cəlb edən turnirə yüksək hazırlıq səviyyəsi vəiddialı hədəflərlə qatılan komandamızın məqsədi yalnız uğurlunəticə göstərmək deyil, eyni zamanda Azərbaycan brendinin, millidəyərlərin və ölkəmizin idman diplomatiyasının beynəlxalq miqyasdatanıdılmasına töhfə verməkdir.
Bu mötəbər yarışda çıxışı ilə ölkəmizin idman tarixində yenisəhifə açmış “Land of Fire” komandası azarkeşlərə yüksək səviyyəlioyun nümayiş etdirməklə ölkəmizi layiqincə təmsil edir.
Məlumat üçün bildirək ki, qarüstü polo üzrə Dünya Kuboku 18yanvar tarixinədək davam edəcəkdir.
Azərbaycan Respublikası Atçılıq Federasiyası