İspaniya Kubokunun 1/8 final oyununda "Rasinq"i 2:0 hesabı ilə məğlub edən "Barselona"nın baş məşqçisi Hans-Diter Flik oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini AS belə çatdırıb:
"Ağır oyun oldu. Əla ab-hava var idi, rəqib yaxşı çıxışla diqqət çəkdi. Yekunda 2:0 hesabı ilə qalib gəldik ki, önəmli olan da budur. Aşağı liqalardan olan komandalar kubok matçlarında cəsarətli görünürlər. Çünki itirəcək bir şeyləri yoxdur. Bunu görmək fantastikdir".
Xatırladaq ki, "Rasinq" 1/16 finalda "Vilyarreal"ı yenmişdi - 2:1.
Nihat