EN

Bu marşrut üzrə qatarların hərəkət cədvəli dəyişir

Bakı. Trend:

21 yanvar tarixindən etibarən Abşeron dairəvi dəmir yolumarşrutu üzrə qatarların hərəkət cədvəlində dəyişikliklərediləcək.

Bu barədə Trend-ə ADY-dən məlumat verilib.

Yeni hərəkət cədvəlinə əsasən, iş günlərində qatarlar 96 reysyerinə yetirəcək.

İş günləri saat 18:40-da Bakıdan Xırdalan istiqamətində təyinedilən ekspres tipli qatar Biləcəri stansiyasında da dayanacaq.Həmçinin Sumqayıt–Pirşağı–Bakı xətti üzrə saat 08:00-da əlavə reystəyin edilib. Bu xətt üzrə Sumqayıtdan saat 07:30-da, eləcə də saat08:00-da hərəkət edən ekspres qatarlarına Bakıxanovda dayanacaqveriləcək.

Bundan başqa, Bakı–Pirşağı–Sumqayıt marşrutu üzrə saat 18:05-dəhərəkət edən ekspres qatarı Sabunçu vağzalında da dayanacaq.

Qrafikin dəyişdirilməsi qatarlardan birinin zəruri və planlıtəmir səbəbindən dövriyyədən çıxarılması ilə bağlıdır.

Şənbə və bazar günlərində şəhərətrafı qatarların hərəkət cədvəlidəyişiklik edilmədən qüvvədə qalacaq.

Qeyd edək ki, ADY hərəkətin təhlükəsizliyinin, hərəkətvasitələrinin təhlükəsiz istismarının və sərnişinlərin rahatlığınıntəmin edilməsi məqsədilə davamlı olaraq infrastrukturu yeniləyir,hərəkət tərkiblərinin (qatar, lokomotiv, vaqon və s.) texnikibaxışını və təmirini həyata keçirir.

Yeni hərəkət cədvəli ilə tanış olmaq üçün keçid edin:https://ticket.ady.az/az/yeni-hereket-cedveli

Məqalədə:
Chosen
112
27
az.trend.az

10Sources