Bakı. Trend:
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Ümumi təhsilhaqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliknəticəsində müəllimlərin işə qəbulu üzrə müsabiqədə (MİQ) iştirakilk dəfə iştirak edən şəxslər üçün ödənişsiz, təkrar iştirak etməkistəyənlər üçün isə ödənişli olacaq.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və TəhsilNazirliyindən məlumat verilib.
Bildirilib ki, dəyişikliyə əsasən sosial müdafiəyə xüsusiehtiyacı olan şəxslər, o cümlədən əlilliyi olan şəxslər, ünvanlıdövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsininüzvləri, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyüuğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibəveteranı” adı almış şəxslər MİQ müsabiqəsində təkrar iştirak etdiyihalda, bu ödənişdən azaddırlar.
"Dəyişikliyin aparılmasında məqsəd MİQ müsabiqəsinindayanıqlılığının təmin edilməsi, iştirakçıların məsuliyyətininartırılması və büdcə vəsaitlərindən daha səmərəli istifadəolunmasıdır. Eyni zamanda Qanuna edilən dəyişiklik sosialədalətlilik prinsipi qorunmaqla müəllim seçiminin keyfiyyətininyüksəldilməsinə, təkrar və məqsədsiz müraciətləri azaltmaqlaresurslardan məqsədyönlü və səmərəli istifadə edilməsinə xidmətedir.
Xərclərin optimallaşdırılması baxımından effektiv alət kimiqiymətləndirilən bu yanaşma beynəlxalq təcrübədə də geniş tətbiqolunur.
Son on ildə təxminən 50 min nəfərə yaxın namizəd MİQ əsasındamüddətsiz əmək müqaviləsi ilə işlə təmin olunub", - deyə Elm vəTəhsil Nazirliyindən bildirilib.