EN

ADSEA Salyanın yolları barədə ŞİKAYƏTLƏRƏ CAVAB VERDİ

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Salyan rayonunda yollarda aparılan qazıntı işləri səbəbindən avtomobillər üçün keçilməz olması barədə şikayətlərə münasibət bildirib.

 

Qurumdan Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Salyan Su və Kanalizasiya Şəbəkəsinin Yenidən Qurulması Layihəsinin icrası davam etməkdədir.

 

“Layihə 2023-cü ildə başlanılıb və işlərin 71 faizi həyata keçirilib. Layihə üzrə işlərin 2026-cı ilin sonu yekunlaşdırılması nəzərdə tutulub”, - açıqlamada deyilir.

 

Aytəkin Qardaşova

Tarix: 16 Yanvar 2026, 18:42   
Chosen
83
pravda.az

1Sources