ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Bakı Metropolitenində müəyyən ölçüdən böyük əl yükləri ilə səyahət edən sərnişinlər üçün əlavə ödəniş nəzərdə tutulması təhlükəsizliyin və sərnişin rahatlığının qorunmasına xidmət edir. Böyük ölçülü əl yükləri vaqonlarda sıxlığı artırır və hərəkəti çətinləşdirir”. Bunu Demokrat.az-a açıqlamasında avtomobil üzrə ekspert Elgiz Mehdiyev bildirib.O deyib ki, əlavə ödəniş mexanizmi sərnişinləri ölçüsüz və lazımsız yüklərlə metrodan istifadə etməməyə təşviq edir:“Müsbət tərəfi ondan ibarətdir ki, bu yanaşma nizam-intizam yaradır və metronun əsas təyinatını – sürətli sərnişindaşımanı qoruyur. Həmçinin fövqəladə hallarda təxliyə prosesini daha təhlükəsiz edir. Digər tərəfdən, qaydalar aydın olduğu üçün sui-istifadə halları azalır. Lakin mənfi cəhətlər də var. Bəzi sərnişinlər üçün əlavə ödəniş maddi yük yarada bilər. Xüsusilə gündəlik iş fəaliyyəti ilə bağlı alət və ya uzun əşyalar daşıyan insanlar çətinliklə üzləşə bilər. Ölçülərin yerində düzgün qiymətləndirilməsi bəzən mübahisələrə səbəb ola bilər. Bu qaydaların icrasında insan amili problemlər yarada bilər. Nəticə olaraq, qərar ümumilikdə müsbət olsa da, tətbiq zamanı çevik və anlayışlı yanaşma vacibdir”.Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.