Bakı. Trend:
İşçinin işdən kənar edilməsinin əsaslarının siyahısıgenişləndirilib.
Trend-inməlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi ƏməkMəcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.
Qanuna əsasən, işəgötürən aşağıdakı hallarda da mülkiyyətçininvə işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsiqaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təminetmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edəbiləcək:
- işçi icbari tibbi müayinə ilə bağlı verilmiş tibbi rəydə əməkfunksiyalarının yerinə yetirilməsinə əks göstərişlər aşkaredildikdə;
- müəyyən olunmuş qaydada əməyin mühafizəsi üzrə təlimdə iştiraketməkdən və biliyinin yoxlanılmasından boyun qaçırdıqda;
- əmək vəzifələrinin pozulması halının araşdırılmasına maneçiliktörətdikdə.
İşəgötürən işçinin işdən kənar edilməsi üçün əsas olan halaradan qaldırılanadək işçini işdən kənarlaşdıra biləcək.
İşçinin işdən kənarlaşdırıldığı müddət hər bir konkret halınxarakterinə, işçinin işdən kənarlaşdırıldığı müddətdə həmin halınaradan qalxmasına və ya davam etməsi ondan asılı olan hallarlabağlı işçinin etdiyi hərəkətlərə (hərəkətsizliklərə) uyğun olaraqişəgötürən tərəfindən müəyyən ediləcək.
İşəgötürən işçinin işdən kənarlaşdırılması barədə əmrini(sərəncamını, qərarını) vaxtından əvvəl ləğv edə biləcək.