EN

Atasının yanında yatan uşaq, boğulub öldü

Sverdlovsk vilayətində iki aylıq körpə atası ilə bir yataqda yatarkən yastığın altında boğulub ölüb.

Bu barədə Sverdlovsk vilayəti məhkəmələrinin mətbuat xidməti məlumat verib. İstintaqa görə, körpəni yedizdirdikdən sonra ata onu yastığın üstünə qoyub və özü də onun yanında yuxuya gedib. Yatarkən körpə təsadüfən üzüaşağı çarpayıya yuvarlanıb və bu da onun tənəffüs yollarının tıxanmasına və ölümünə səbəb olub.

Valideynə qarşı səhlənkarlıqdan ölümə səbəb olmaq maddəsi ilə cinayət işi açılıb. Məhkəmə yüngülləşdirici halları, yəni iki azyaşlı uşağının olmasını nəzərə alaraq atanı altı aylıq islah işləri cəzasına məhkum edib.

//Samir Qurbanov, Editor.az

Chosen
48
editor.az

1Sources