EN

Vergi sirrini gizli saxlamaq işçinin əsas vəzifəsi sayılacaq

Bakı. Trend:

Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallarınsiyahısı genişləndirilib.

Trend-inməlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi ƏməkMəcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.

Qanuna əsasən, aşağıdakı hallar işçi tərəfindən əməkvəzifələrinin kobud şəkildə pozulması hesab ediləcək:

  • dövlət, kommersiya və (və ya)vergi sirrinin yayılması və ya bu sirrin gizlisaxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;
  • "Fərdi məlumatlar haqqında" Qanuna əsasən konfidensial hesabedilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması.

Dövlət, kommersiyavergi sirrini müəyyən olunmuş qaydada və şərtlərləgizli saxlamaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsisayılacaq.

İşçi qanunazidd hərəkətləri ilə dövlət,kommersiya və (və ya) vergisirrini yaydıqda vurduğu ziyana görə tam həcmdə maddiməsuliyyət daşıyacaq.

İşçi dövlət, kommersiya və (vəya) vergi sirrinin qorunmasına cavabdeh olacaq vəbu sirləri yaymağa görə qanunvericilikdə və bu əmək müqaviləsindənəzərdə tutulan məsuliyyət daşıyacaq.

Qanuna əsasən, danışıqların iştirakçıları alınmış məlumatlardaolan dövlət, kommersiya və (vəya) vergi sirrini yaymağa görə qanunvericilikləmüəyyən edilmiş məsuliyyətə cəlb olunacaqlar.

Chosen
106
az.trend.az

1Sources