EN

Yol pis olduğundan Təcili Tibbi Yardım belə ünvana yaxınlaşa bilmirVİDEO

Yolun adı var, özü yox...

Xezerxeber.az xəbər verir ki, paytaxtın Qaradağ rayon, Ələt qəsəbəsi, Massiv 3-də yaşayanlar "Xəzər Xəbər"ə müraciət ediblər. İddia edirlər ki, yaşadıqları ərazidə yol olmayıb. Öz vəsaitləri hesabına yolun bir hissəsin çəkiblər.

Sakinlərin sözlərinə görə, hətta yol pis olduğunda təcili yardım ünvana tam yaxınlaşa bilmir.

Qaradağ Rayon İcra Hakiyyətindən bildirilib ki, ötən il vətəndaşların müraciətləri nəzərə alınaraq sözügedən küçəyə çınqıl tökülüb və hamarlanma işləri aparılmışdır. Küçənin asfaltlanması məqsədilə aidiyyəti qurumlara müraciət olunub və məsələ 2026-cı il üzrə asfaltlanma proqramına daxil edilib.

Küçələrdə asfalt örtüyünün salınmasından əvvəl ümumi kanalizasiya xətlərinin çəkilişi həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
42
1
xezerxeber.az

2Sources