EN

Evlənmək istəyənlərin nəzərinə

Sosial şəbəkələrdə ailələrdən birində elçilik mərhələsində qızın atasının oğlan tərəfindən sağlamlıqla bağlı arayış və narkotest tələb etməsi geniş müzakirələrə səbəb olub. Elçilik zamanı belə bir tələbin irəli sürülməsi cəmiyyətdə birmənalı qarşılanmayıb və müxtəlif fikirlərin ortaya çıxmasına yol açıb. Sosioloq Mail Yaqub Metbuat.az-a açıqlamasında bildirib ki, elçiliyə gələn şəxsdən, oğlandan belə bir arayışın istənilməsi təbii qarşılanmalıdır: “Azərbaycan qanunvericiliyinə əsasən sağlamlıqla bağlı arayış yalnız nikaha daxil olarkən cütlüklərdən tələb olunur. Doğrudur, bəzi məsələlər var ki, qanunda açıq şəkildə nəzərdə tutulmayıb, amma praktikada icra olunur. Burada hər hansı problem yoxdur və oğlan da bunu özünə qarşı təhqir kimi qəbul etməməlidir. Axı elçilik mərasimində qızın atası “hə” və ya “yox” demək üçün qərar verir və bu qərarını müəyyən meyarlara əsaslandırmaq istəyir. Yəni övladına elçi gələn şəxsin sağlam olub-olmaması onun üçün önəmli ola bilər”. M.Yaqubun fikrincə, məsələyə normal yanaşmaq lazımdır və buna görə hər hansı reaksiya göstərilməsinə ehtiyac yoxdur.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
173
metbuat.az

1Sources