EN

Tramp onları sərt sanksiyalar və tariflərlə hədələdi

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Qrenlandiya üzərində nəzarət əldə etmək planına qarşı çıxan ölkələri sərt iqtisadi sanksiyalar və tariflərlə hədələyib.

Gununsesi.info xəbər verir ki, Ağ Evdə səhiyyə mövzusunda keçirilən tədbir zamanı çıxış edən Tramp Qrenlandiya məsələsinin ABŞ üçün sadəcə bir maraq deyil, milli təhlükəsizlik prioriteti olduğunu vurğulayıb.

Prezident bildirib ki, Qrenlandiya strateji baxımdan kritik ərazidir və ABŞ-nin bu addımı ilə razılaşmayan ölkələrə qarşı ticarət tarifləri tətbiq edilə bilər:

“Mən Qrenlandiya ilə bağlı bizimlə razılaşmayan ölkələrə tarif tətbiq edə bilərəm. Çünki milli təhlükəsizlik üçün Qrenlandiyaya ehtiyacımız var. Buna görə də mən bunu edə bilərəm”.

Tramp həmçinin xatırladıb ki, oxşar tarifləri artıq Avropa İttifaqından gətirilən dərman preparatlarına tətbiq edib və eyni mexanizmi Qrenlandiya planına dəstək verməyən müttəfiqlərinə qarşı da işə sala bilər.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
166
3
icma.az

4Sources