EN

Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var FOTOLAR

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yağışlı hava yol-nəqliyyat hadisəsinə səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Samsun şəhərində baş verib. Məlumata görə, Terme rayonunun Söğütlü məhəlləsində 61-AU-873 nömrə nişanlı avtobus havanın yağışlı və yolun sürüşkən olması səbəbindən idarəetmədən çıxaraq işıqforun qırmızı işığında gözləyən 28-EK-133 nömrə nişanlı avtomobilə arxadan çırpılıb.

Qəza nəticəsində avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıblar. Hər 4 yaralının vəziyyətinin stabil olduğu bildirilib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Namiq Musayev

Oxunub 18

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
83
avtosfer.az

1Sources