EN

İranlı nazir aksiyalara qiymət qoydu: Qətl 500 milyon, maşın yandırmaq 200 milyon...

“İrandakı iğtişaşlarda iştirak edənlər qətl və yanğın törətməyə görə pul alıblar”.

“Cebheinfo.az” xəbər verir ki, bu iddianı İranın müdafiə naziri Əziz Nəsirzadə səsləndirib.

O idia edib ki, hətta İranda təxribat aktları üçün qiymətlər müəyyən edilib:

“Qətl - 500 milyon tümən,

Avtomobilin yandırılması - 200 milyon tümən,

Polis bölməsinin yandırılması - 80 milyon tümən,

Vandalizm aktı törətmək - 15 milyon tümən”

Hesablamalar zamanı dolların təxminən 1,4 milyon rial dəyərində olması nəzərə alınıb.

İrandakı diplomatik mənbə RİA Novosti-yə bildirib ki, ölənlərin çoxu güllələnib. Hakimiyyət orqanları etirazları İsrail və ABŞ ilə 12 günlük müharibənin davamı hesab edir. Tehran bütün təxribat hallarını araşdıracaq.

Chosen
37
1
cebheinfo.az

2Sources