EN

Cəriməsi olan sürücülərin nəzərinə

Yol hərəkəti qaydalarını pozan sürücülərə tətbiq olunan cərimələr təkcə pul ödənişi ilə məhdudlaşmır. Belə hallarda sürücüyə “cərimə balı” da verilir. Cərimə balı sürücünün yol hərəkəti qaydalarına nə dərəcədə əməl etdiyini göstərən xüsusi mexanizmdir və yol təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Metbuat.az-ın məlumatına görə, qayda pozuntusunun növündən asılı olaraq sürücüyə fərqli sayda cərimə balı yazılır. Məsələn, sürət həddinin aşılması, təhlükəsizlik kəmərindən istifadə etməmək, svetoforun qadağanedici işığında keçmək kimi pozuntular cərimə balının hesablanmasına səbəb olur. Toplanan ballar müəyyən limiti keçdikdə isə sürücülük hüququnun müvəqqəti məhdudlaşdırılması və ya digər inzibati tədbirlər görülə bilər. Ancaq nəzərə almaq lazımdır ki, cərimə balları daimi xarakter daşımır. Qanunvericiliyə əsasən, sürücü bir il müddətində heç bir yeni yol hərəkəti qaydasını pozmazsa, əvvəlki dövrdə toplanmış cərimə balları avtomatik olaraq ləğv edilir. Bu, qaydalara əməl edən və məsuliyyətli davranan sürücülər üçün bir növ stimuldur. Qeyd edək ki, cərimə balı sistemi sürücülərin davranışına birbaşa təsir göstərir, onları daha diqqətli olmağa vadar edir və ümumilikdə yol-nəqliyyat hadisələrinin sayının azalmasına kömək edir. Sürücülərə tövsiyə olunur ki, cərimə ballarının artmasına yol verməmək üçün yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etsinlər.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
26
metbuat.az

1Sources