Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adəm Kadırovun olduğu kortej qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, bu barədə "Telegram" kanalları məlumat yayıb.
Məlumata görə, hadisə Qroznıda baş verib. Qəza nəticəsində 1 nəfər ölüb, Adəm Kadırov xəsarət alıb. Ölən şəxsin kimliyi açıqlanmayıb. Kadırovun oğlu isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır. Hazırda reanimasiyada olan Adəm Moskvaya təxliyə ediləcək.