EN

Ümit Karan həbs edildi

BAKI, 16 yanvar. TELEQRAF

Məhkəmə “Qalatasaray”ın sabiq hücumçusu Ümit Karanın barəsində həbs qətiimkan tədbiri seçib.

TeleqrafTürkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu iki gün öncə İstanbulun Sabiha Gökçen Hava Limanında saxlanılmışdı.

Ümit Karan polis tərəfindən narkomaniyaya qarşı aparılan genişmiqyaslı əməliyyat çərçivəsində istintaqa cəlb olunmuşdu.

Ü.Karanla birlikdə 13 nəfər eyni maddə üzrə həbs edilib.

Qeyd edək ki, Ümit Karan futbolçu karyerasını başa vurduqdan sonra televiziya kanallarında futbol şərhçisi kimi fəaliyyət göstərirdi. O, “Qalatasaray” forması ilə Türkiyə çempionatında və avrokuboklarda uğurlu çıxışları ilə tanınıb.

Chosen
269
34
teleqraf.com

10Sources