Mövsümün ikinci hissəsinə Bakıda hazırlaşan “Araz-Naxçıvan”ın təlim-məşq toplanışı davam edir.
"Football-plus.az" xəbər verir ki, "Qəbələ" ilə yoxlama oyunundan sonra bir gün istirahət edən komanda üzvləri bu gün məşqləri bərpa edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Naxçıvan komandası təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirəcək. “Qırmızı-ağlar” yanvarın 18-də 1-ci liqada mübarizə aparan “Zaqatala” ilə qarşılaşacaq. Oyun saat 13.00-da Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq.
Xatırladaq ki, ilk yoxlama oyununda əvəzedici heyətə 7 cavabsız qolla qalib gələn “Araz-Naxçıvan” ikinci görüşdə “Qəbələ”yə 0:1 hesabı ilə uduzub.