EN

Yeddi futbolçu ilə vidalaşdılar, beş nəfər gətirdilər

“ASTA Mingəçevir” Bakı toplanışına başlayıb.

Sportinfo.az xəbər verir ki, bu bərədə klubun yaydığı açıqlmada bildirilir.

I Liqada mübarizə aparan komanda hazırlıq prosesinin növbəti mərhələsini yanvarın 16-dan 21-nə kimi Bakıda keçitəcək.

Təlim-məşq toplanışı çərçivəsində futbolçuların fiziki və taktiki hazırlığına xüsusi diqqət yetiriləcək.

Məlumatda bildirilir ki, hazırda klub 7 futbolçu ilə yollarını ayırıb, 5 yeni futbolçu ilə ilkin müqavilə imzalanıb.

Bundan əlavə, bir neçə oyunçu ilə danışıqlar son mərhələdədir.

Yeni transferlərin adları yaxın günlərdə ictimaiyyətə rəsmi şəkildə elan olunacaq.

"Mingəçevir" I Liqada 12 turdan sonra 21 xalla 4-cü pillədə qərarlaşıb.

Chosen
130
sportinfo.az

1Sources