EN

Siyasi partiyalarla bağlı Ədliyyə Nazirliyindən rəsmi açıqlama

Ölkədə dövlət qeydiyyatına alınmış bütün siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə məlumatlar Ədliyyə Nazirliyinə təqdim edilib.

Bu barədə Ədliyyə Nazirliyindən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib.

“Siyasi partiyalar haqqında” qanuna görə, siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana müraciət edilməlidir. Bu qanuna uyğun olaraq reyestrin təqdim edilməməsi və ya bu qanunla müəyyən edilmiş müddətlərə əməl olunmaması siyasi partiyanın dövlət qeydiyyatından imtina edilməsinə səbəb olur.

Siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə 2 dəfə (yanvar ayının 15-dək və iyul ayının 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana məlumat təqdim etməlidir.

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
37
1
yenisabah.az

2Sources