EN

Zərgərlik bazarında yeni tendensiya: Bu məhsula tələbat artır

Azərbaycanda qızıl bazarı uzun illərdir həm investisiya, həm də zərgərlik sektorunda mühüm rol oynayır. Statistik məlumatlara əsasən, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkəyə 4,5 milyard ABŞ dolları dəyərində 44,4 ton qızıl idxal olunub. Eyni dövrdə ölkədə yalnız 2,6 ton qızıl istehsal edilib. Bu rəqəmlər göstərir ki, daxili istehsal idxaldan xeyli geri qalır və bazar əsasən xarici məhsullara yönəlmiş vəziyyətdədir.

Bu isə bir sıra vacib sualları gündəmə gətirir: Azərbaycanda hansı ölkələrin qızılına böyük tələbat var? Ölkələrin qızılları hansı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir? İdxalı azaltmaq imkanlarımız varmı? Yerli zərgərlərin məhsuldarlığı necədir, onların məhsullarına tələbat varmı?

İdxalda lider ölkələr

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov bildirir ki, idxal statistikasına əsasən, Azərbaycana qızıl Rusiya, Türkiyə, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İtaliya və Qazaxıstan kimi ölkələrdən gətirilir: “Bu ölkələr qızıl hasilatı, emalı və ticarəti sahəsində dünya bazarında əhəmiyyətli mövqeyə malikdir. Xüsusilə İsveçrə və Böyük Britaniyadan idxal olunan qızıl əsasən bank külçələri və investisiya məqsədli məhsullar kimi istifadə olunur. Türkiyə və İtaliya qızılı daha çox zərgərlik sənayesi üçün nəzərdə tutulur. Rusiya və Qazaxıstan isə Azərbaycana əsasən xammal və yarımemal qızıl tədarük edən ölkələr sırasında yer alır”.

Özünəməxsus xüsusiyyətlər

Chosen
125
publika.az

1Sources