EN

İranın əhalisinin 52 faizi Azərbaycan türkləridir

İranın əhalisinin 52 faizi, yəni yarıdan çoxu Azərbaycan türkləridir.

Bunu “Yeni Sabah”a müsahibəsində Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənov deyib.

O, bildirib ki, bu, rəsmi məlumatdır. Keçmiş səfir qeyd edib ki, 2007-ci ildə İranda əhalinin siyahıya alınması həyata keçirilib və nəticələri ictimaiyyətə açıqlanmayıb:

“Bu haqda o zaman prezidentin birinci müavini doktor Pərviz Davudi demişdi. Davudi də azərbaycanlıdı, kökü Tiflisdəndir.

O bildirdi ki, İranda əhalinin siyahıya alınması həyata keçirilib və nəticələri ictimaiyyətə açıqlanmaq üçün yox, dövlətin istifadə etməsi üçün məxfi sənəd olub. Bu məlumatlar əhalinin milli tərkibi, hansı ixtisaslara sahib olduğu və s. kimi məlumatları əhatə edən sənəd idi. Doktor Davudi də o nəticələrdən danışaraq dedi ki, “bu siyahıya alınmanın nəticələrinə əsasən, İran əhalisinin 52 faizi Azərbaycan türküdür”. Bunu çox böyük fəxrlə dedi”.

İlhamə Qasımlı


Telegram kanalımız
Chosen
79
yenisabah.az

1Sources