EN

İranda internet məhdudiyyətləri aradan qaldırılır

İranda iqtisadi problemlərə qarşı başlayan etirazlar davam edərkən, 8 yanvarda baş verən zorakılıq hadisələrindən sonra girişi əngəllənən internet və rabitə məhdudiyyətlərinin mərhələli şəkildə aradan qaldırılacağı bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, "Fars" agentliyinin təhlükəsizlik rəsmilərinə istinadən verdiyi məlumata görə, son dövrlərdə yaşanan "təhlükəsizlik problemlərinin nəzarət altına alınması və terror təşkilatlarının əsas fiqurlarının təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmasından" sonra rabitə məhdudiyyətləri tədricən ləğv edilməyə başlanıb.

Rəsmilər internetə tətbiq edilən məhdudiyyətlər sayəsində xaricdəki müxalif şəbəkələrin daxili əlaqələrinin böyük ölçüdə zəiflədildiyini, bunun da hadisələrin nəzarət altına alınmasında və terror hüceyrələrinin fəaliyyətlərinin qarşısının alınmasında mühüm rol oynadığını bəyan ediblər. 

Aidiyyəti qurumların rabitə xidmətlərinin təhlükəsizlik şəraitindən asılı olaraq pilləli şəkildə yenidən işə salınmasını nəzərdə tutan planı çərçivəsində, ilk mərhələ kimi qısa mesaj (SMS) xidmətləri yenidən aktiv edilib.

İkinci mərhələdə milli internet şəbəkəsinə və yerli mesajlaşma tətbiqlərinə tam girişin təmin ediləcəyi, üçüncü mərhələdə isə beynəlxalq internet çıxışının yenidən aktivləşdiriləcəyi bildirilib.

Yerli mənbələrdən alınan məlumata görə, "Eita" və "Bale" kimi yerli mesajlaşma tətbiqlərinə giriş günlər sonra yenidən bərpa olunub.

Chosen
35
cebheinfo.az

1Sources