EN

Bu hallarda işçilərə intizam tənbehi vermək mümkün olmayacaq

Bakı. Trend:

İşçilərə intizam tənbehinin verilməsi qaydalarında dəyişiklikedilib.

Trend-inməlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi ƏməkMəcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.

Mövcud qanunvericiliyə görə, intizam tənbehi, işçi tərəfindənəmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündənbir ay keçənədək verilə bilər.

Daha əvvəl işçinin xəstə olduğu, yaxud məzuniyyətdə,ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmirdi.

Qanuna əsasən, işçinin əmək qabiliyyətini müvəqqətiitirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə Əmək Məcəlləsindənəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığıdövrlər həmin müddətə daxil edilməyəcək.

Daha əvvəl məzuniyyətdə, ezamiyyətdə olan, əməkqabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizamtənbehi verilə bilməzdi.

Qanuna əsasən, məzuniyyətdə olduğu, əmək qabiliyyətinimüvəqqəti itirdiyi, habelə Əmək Məcəlləsində nəzərdə tutulanişçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallarda işyerində olmadığı müddətdə işçiyə intizam tənbehi veriləbilməyəcək.

Mövcud qanunvericiliyə görə, işçi əmək funksiyasını tam və yaqismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə,Əmək Məcəlləsində nəzərdə tutulan əmək müqaviləsi üzrə işçinin əsasvəzifələri, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmişvəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqdaişəgötürən ona əmək müqaviləsini Əmək Məcəllənin 70-ci maddəsinin"ç" bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrəöhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəllə sindəsadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilələğv etmək intizam tənbehini verə bilər. İntizam tənbehi veriləngündən 6 ay müddətində qüvvədə olur.Qanuna əsasən, sözügedən intizam tənbehi bu xüsusda istisnatəşkil edəcək.

Chosen
106
9
az.trend.az

10Sources