EN

Neftçilər Xəstəxanasından səhlənkarlıq — Boğazında balıq qaldı, 1 saat baxılmadı

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Neftçilər Xəstəxanasının Təcili yardım şöbəsində başına gələnlərlə bağlı paylaşım edib.

Yenilik.az xəbər verir ki, onun sözlərinə görə, dünən qızı nahar edərkən yediyi qurudulmuş balığın sümüyü qəfil boğazına ilişib.
Nəticədə güclü ağrı, yanğı yaranıb və tənəffüsü çətinləşməyə başlayıb. Valideyn olaraq övladını dərhal Neftçilər Xəstəxanasının Təcili yardım şöbəsinə aparıb.

Mirvari Qəhrəmanlının qeyd edib, bir saata yaxın müddətdə ağrı və həyəcan içində olan uşağa heç bir tibbi müdaxilə edilməyib. O, dəfələrlə qeydiyyatda oturan əməkdaşlara müraciət etsə də, nəticə əldə edə bilməyib. Yalnız bir dəfə ona liftin yanında yerləşən ağ düyməni basmağı məsləhət görüblər, lakin çağırışa cavab verən olmayıb.
Sonradan xəstəxanadakı şəxslərdən biri uşağın təcili şəkildə Xətai Tibb Mərkəzinə aparılmasını tövsiyə edib.
Hüquq müdafiəçisi Xətai Tibb Mərkəzinin fəaliyyətini isə müsbət qiymətləndirib. Bildirilib ki, Təcili Yardım Mərkəzinə daxil olan kimi həkim dərhal yaxınlaşıb, ilkin tibbi yardım göstərilib, müayinə aparılıb və evdə müalicənin davamı üçün müvafiq göstərişlər verilib.
Məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Hadisə ilə bağlı Neftçilər Xəstəxanasından hələlik rəsmi açıqlama verilməyib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Tia.az

 
 
Chosen
23
yenilik.az

1Sources