EN

Luis Enrike mətbuat konfransını niyə tərk edib?

PSJ-nin baş məşqçisi Luis Enrike mətbuat konfransını yarımçıq tərk edib.

Msport.az xəbər verir ki, jurnalistlərdən birinin “Barselona”nın yarımmüdafiəçisi Pedro Fernandeslə bağlı sualı onu özündən çıxarıb.

Bir müddət əvvəl mətbuatda  Paris klubunun18 yaşlı yarımmüdafiəçi ilə maraqlanmasına dair xəbər yayılıb.

İspaniyalı oyunçu “Barsa” ilə müqaviləsinin pozulması üçün 6 milyon avro ödəməyə hazırdır.

-Pedro deyib ki, bu ay “Barselona”nı tərk edəcək. PSJ onunla maraqlanır?

-Bilmirəm və mən bu suala cavab verməyəcəm. Gecəniz xeyrə qalsın – deyən Luis Enrike mətbuat konfransını tərk edib.

 

Chosen
35
msport.az

1Sources