"Yuventus" cari qış transfer pəncərəsi heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
QOL.az xəbər verir ki, bu barədə insaydder Nikolo Şkira məlumat yayıb.
London təmsilçisi "Kristal Pelas"ın hücumçusu Jan-Filip Matetanı sıralarına qatacaq. 28 yaşlı futbolçu bu mövsüm 32 matçda 10 qol vurub və 2 məhsuldar ötürmə edib. Məhz buna görə də "qoca sinyora" onu heyətinə qatmaq üçün tərəddüd etməyib.
Bildirilib ki, tərəflər arasında müqavilə 4 illik olacaq.