EN

Tramp İrana təşəkkür etdi


ABŞ Prezidenti Donald Tramp Tehranın etirazlar zamanı həbs olunan yüzlərlə etirazçının ölüm hökmünü ləğv etdiyini elan etməsindən sonra İran rəhbərliyinə təşəkkür edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkə səhifəsində bildirib.
“İran rəhbərliyinin dünən həyata keçirilməsi planlaşdırılan bütün edamları (800-dən çox) ləğv etməsi faktına böyük hörmətlə yanaşıram. Təşəkkür edirəm!” - Tramp qeyd edib.
Qeyd edək ki, Tramp son iki həftə ərzində etirazçılara kömək etmək üçün İranı dəfələrlə hərbi güclə hədələyib. Lakin o, 14 yanvarda qətllərin dayandırıldığını bildirdikdən sonra müdaxilə məsələsini təxirə salıb. Tramp onun fikrini dəyişməsinə İranın hərəkətlərinin səbəb olduğunu bildirib.
Chosen
129
yeniavaz.com

1Sources