EN

Avtomobillərdən maqnitofon oğurlayan şəxs saxlanıldı

Paytaxtın Nəsimi və Qaradağ rayonlarında müxtəlif vaxtlarda 5 avtomobildən maqnitofon oğurlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, hadisələr zamanı zərərçəkənlərə ümumilikdə 2144 manat maddi ziyan vurulub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı Y.İbrahimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Chosen
31
12
metbuat.az

10Sources