EN

​"Galatasaray" meydana çıxır:

Bu gün Türkiyə çempionatında ikinci dövrəyə start veriləcək. Günün əsas oyunlarından biri İstanbulda baş tutacaq. Metbuat.az xəbər verir ki, çempionatın 18-ci həftəsində İstanbulun "Galatasaray" klubu doğma meydanda "Qaziantepspor"u qonaq edəcək. Ən yaxın rəqibi “Fənərbağça”dan 3 xal öndə olan "Qalatasaray" bu oyunda qalib gəlib mövqeyini bir qədərdə möhkəmləndirmək istəyir.

Qeyd edək ki, sarı-qırmızılıların ulduz futboçularından beşi “Qaziantepspor”la matçda forma geyinməyəcək. Afrika kuboku uğrunda keçirilən turnirdə iştirak etmək üçün Mərakeşə gedən Viktor Osimen və İsmail Jakops bu gün komanda yoldaşlarına kömək edə bilməyəcək. Qabriel Sara və Arda Ünyay isə zədəli olduğu üçün forma geyinməyəcək. Cəzalı durumda olan Torriera da qarşılaşmanı tribunadan izləyəcək.

Chosen
56
metbuat.az

1Sources