ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Filippinin mərkəzi hissəsindəki Sebu şəhərində tullantı poliqonunda baş verən uçqun nəticəsində həlak olanların sayı 27 nəfərdən 35-ə yüksəlib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "ABS-CBN News" telekanalı bildirib.
Daha bir nəfər itkin düşmüş hesab edilir. Axtarış-xilasetmə əməliyyatı davam edir.
Xatırladaq ki, Sebu şəhərində yanvarın 8-də zibil poliqonunda uçqun baş verib. Hadisədən sonrakı ilk saatlarda dağıntılar altından 12 nəfər sağ çıxarılıb və onlar xəstəxanaya yerləşdirilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.