EN

İtaliyada Rusiya əleyhinə sanksiyalarını pozan gəmi müsadirə edilib

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Rusiyadan gəldiyi ehtimal edilən metal daşıyan gəmi İtaliyanın cənubundakı Brindizi limanında saxlanılıb.

Bizimyol.info xəbər verir ki, ANSA, Maliyyə Mühafizəsi və gömrük işçilərinin Rusiyaya qarşı AB sanksiyalarının pozulması üçün nəzərdə tutulan tədbirlərə uyğun olaraq müsadirə edilən gəmiyə mindiyini göstərən videonu yayımlayıb.

"Okeaniya bölgəsindəki kiçik bir adada qeydiyyatdan keçmiş gəminin yükü 33 mindən çox ton metallardır. Gəmi, 2025-ci ilin 13-16 noyabr tarixləri arasında Novorossiysk limanında olub və burada sanksiyalara daxil edilmiş bu limanda qadağan olunmuş yükləmə və boşaltma işləri həyata keçirib", - deyə prokurorluq açıqlama verib.

Bundan əlavə, Brindizi prokurorluğu, dörd şəxs - idxalçı, gəmi sahibi və iki ekipaj üzvü barədə araşdırma aparır. Həmin şəxslər Avropa İttifaqı tərəfindən tətbiq olunan məhdudiyyətlərin pozulmasında ittiham olunurlar. Onların milliyyəti açıqlanmayıb. Həmçinin, gəminin marşrut planını gizlətmək məqsədilə gəmi tanınma sisteminin deaktiv edildiyi və bununla da geolokasiyanı aşmaq və müvafiq qurumların yoxlamalarına mane olmaq cəhdi olduğu da şübhə altındadır.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
127
icma.az

1Sources