EN

Qaydaları vecinə almayan sürücü yolda "ŞOU" GÖSTƏRDİ

Ajans.az xəbər verir ki, avtosfer.az-ın məlumatına görə, 77-QR-674 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbinə məhəl qoymayaraq əks istiqamətli yola çıxıb. Kadrlardan aydın olur ki, sürücü hərəkət zamanı yalnız bir əli ilə sükanı idarə edib, digər əlində isə mobil telefonla özünü lentə alıb. 

Yol boyu nəqliyyat axınına qarşı hərəkət edən sürücü digər avtomobillər üçün qəza riski yaradıb. Qeyd edək ki, sükan arxasında mobil telefondan istifadə və əks istiqamətdə hərəkət etmək yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını artırır. Bu cür məsuliyyətsiz davranışlar təkcə sürücünün deyil, ətrafdakı hər kəsin həyatını təhlükə altına atır. Hər bir sürücü yol hərəkəti qaydalarına riayət etməli və təhlükəsizliyi şəxsi “şou”dan üstün tutmalıdır.

Chosen
100
2
Ajans.az

3Sources