EN

Şamaxı-Qonaqkənd yolunda hər an uçma ola bilər – TƏHLÜKƏVİDEO

Şamaxı-Qonaqkənd yolunda yenidən sürüşmə baş verib.

Xezerxeber.az xəbər verir ki, bu yol 2019-cu ildə əsaslı şəkildə yenidən qurularaq sakinlərin istifadəsinə verilib. Lakin cəmi iki il sonra, yəni 2021-ci ildən etibarən burada torpaq sürüşmələri qeydə alınmağa başlayıb.

İlkin mərhələdə sürüşmə yolun bir-iki nöqtəsində müşahidə edilsə də, zaman keçdikcə proses genişlənib və miqyası böyüyüb. Sakinlərin sözlərinə görə, sürüşmə hər il davam edib, son günlərdə isə vəziyyət daha da ağırlaşıb.

Hazırda yolun təxminən 30-40 metr uzunluğunda hissəsi bərbad vəziyyətə düşüb. Avtomobil yolunun bir hissəsi demək olar ki, tamamilə uçquna məruz qalıb. Kənd istiqamətində hərəkət edən zolağın kənarında dərin uçurum yaranıb. Hazırda yolun sürüşməyə məruz qalan hissəsində avtomobillər 50 santimetr enində qalan asfalt örtüyü üzərindən hərəkət edir.

Lakin, bu hissədə də asfalt örtüyü çatlayıb və hər an tamamilə uçmaq təhlükəsi var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
103
1
xezerxeber.az

3Sources