BAKI, 17 yanvar. TELEQRAF
Avropa ölkələri Qrenlandiya üzərində təhlükəli oyun oynayır.
Teleqraf xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp özünün "TruthSocial" sosial şəbəkəsində bildirib.
O yazıb ki,Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Britaniya, Hollandiya və Finlandiya naməlum məqsədlərlə Qrenlandiyaya yola düşüblər.
O, bu ölkələrin planetdə təhlükəsizliyin qorunması üçün çox təhlükəli bir vəziyyət yaratdıqlarını deyib.
Ağ Ev rəhbəri bildirib ki, bu ölkələr qəbuledilməz bir risk səviyyəsi yaradıblar.
Tramp həmçinin Qrenlandiyadakı vəziyyətlə əlaqədar olaraq 1 fevral tarixindən etibarən bu Avropa ölkələrinə 10% tarif tətbiq olunacağını elan edib. 1 iyun 2026-cı il tarixindən etibarən bu ölkələr üçün tariflər 25%-ə qədər artacaq.