EN

Aİ ilə MERCOSUR arasında azad ticarət sazişi imzalanıb

Avropa İttifaqı və MERCOSUR-a daxil olan Cənubi Amerika ölkələri Avropada etirazların davam etməsinə baxmayaraq, Paraqvayın Asunsion şəhərində azad ticarət sazişi imzalayıblar.

Aznews.az xəbər verir ki, 25 ildən çox müzakirə olunan bu müqavilə 718 milyon əhalisi və 22,4 trilyon ABŞ dolları həcmində ÜDM-i olan azad ticarət zonasını yaradacaq.

MERCOSUR tərəfindən imzalama mərasimində Paraqvay Prezidenti Santyaqo Penya, Boliviya Prezidenti Rodriqo Pas, Argentina Prezidenti Xavyer Miley, Uruqvay Prezidenti Yamandu Orsi, həmçinin təşkilatın assosiasiyalı üzvü olan Panama Prezidenti Xose Raul Mulino iştirak ediblər.

"Biz tariflər əvəzinə ədalətli ticarəti seçirik, təcrid olunma əvəzinə məhsuldar uzunmüddətli tərəfdaşlığı seçirik və hər şeydən öncə xalqlarımız və şirkətlərimiz üçün real və hiss olunan faydalar təmin etməyə çalışırıq", – deyə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen imzalama mərasimində bildirib.

Chosen
149
3
aznews.az

4Sources