Türkiyə Superliqasında 18-ci tura start verilib.
QOL.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
“Başakşehir” “Karagümrük”ə qalib gəlib. “Qalatasaray” isə “Qaziantep”lə heç-heçə edib.
Superliqanın turnir cədvəlinə 43 xalla (18 oyuna) "Qalatasaray" liderlik edir. "Fənərbaxça" 39 xala 2-ci (17 oyuna), "Trabzospor" isə 35 xalla 3-cüdür (17 matça).
Türkiyə Superliqası, 18-ci tur, 17 yanvar
"Başakşehir" – "Karagümrük" - 2:1
Qollar: Şomurodov, 15. O.Şahiner, 87 – Fofana, 75.
"Qalatasaray" – "Qaziantep" - 1:1
Qollar: B.A.Yılmaz, 84 – Bayo, 73.